PDF Oxu

Dünya

  • 6

İran hökuməti sanksiya qoyulması əleyhinə çıxış edib

İran hökuməti sanksiya qoyulması əleyhinə çıxış edib
İran prezidenti Mahmud Əhmədinejad dünya ictimaiyyətinə müraciət edərək, ölkəsinin üzərinə sanksiya tətbiq etməməyi tövsiyə edib və əks-təqdirdə, ölkəsinin sərt cavab verəcəyi ilə hədələyib. Xatırladırıq ki, eyni vaxtda bir neçə dünya ölkəsinin siyasi xadimləri İranı nüvə silahı düzəltməkdə ittiham etmişdi.
İran prezidenti ölkəsinin ABŞ-la da fərdi şərtlər daxilində uran mübadiləsi etməyə hazır olduğunu bildirmişdi: "ABŞ-ın bizə nüvə yanacağı verəcəyi təqdirdə, biz bu ölkə ilə əməkdaşlıq etməyə və göndərilən uranın müqabilində pul ödəməyə hazırıq. Ancaq ABŞ rəsmiləri özlərini sərt aparmağa üstünlük verəcəklərsə, o zaman biz də onlara münasibətimizdə dəyişiklik edəcəyik".
İsrailin baş naziri Binyamin Netaniyaqu Rusiya prezidenti Dmitri Medvedevlə görüşü zamanı məsələyə ölkəsinin münasibətini bildirmişdir. Onun dediyinə görə, onlar İrana münasibətdə sanksiyaların tətbiqinə üstünlük verirlər. İrana münasibətdə Rusiyanın mövqeyinin qeyri-müəyyənliyi İsrailin baş nazirində çaşqınlıq yaratmışdır. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova belə hesab edir ki, İran bundan sonra da MAQATE və digər Qərb ölkələri ilə əməkdaşlıq əlaqələri qurmalıdır: "Dünya ictimaiyyəti əmin olmalıdır ki, İranın nüvə proqramı dinc xarakter daşıyır. Tehranın bu öhdəçiliyini yerinə yetirməyəcəyi təqdirdə, heç bir ölkə İran üzərində sanksiya qoyulmasının əleyhinə çıxmayacaqdır." İranın nüvə problemi ABŞ-ın dövlət katibi Hillari Klinton və Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Suad əl-Feysal arasında keçirilən danışıqlarda da müzakirə edilmişdir. Əl-Feysal İranın bu hərəkətinin "qəbuledilməz olduğunu və heç bir ölkənin maraqlarına cavab vermədiyini" bildirmişdir. H.Klinton isə Tehranın uranı zənginləşdirməkdə davam etməsini "təxribat" adlandırmışdır.

Digər xəbərlər