PDF Oxu

Dünya

  • 11

Medvedevdən xahiş: “Dağıstandakı baş naziri öz vəzifəsində saxla”

Medvedevdən xahiş: “Dağıstandakı baş naziri öz vəzifəsində saxla”
"Kommersant" qəzetinin yazdığına görə, Dağıstanın yerli xalqlarından biri olan kumık nümayəndələri federal və yerli hakimiyyət dairələrinin kadr siyasətinə qarşı çıxaraq, etiraz mitinqinə başlamışlar. Onların mitinqə çıxmalarının səbəbi respublika hökumətinin sədri postuna milliyətcə avar olan Maqomed Abdullayevin çıxaracağı haqqında gəzən şayiə olmuşdur.Mitinqə yığışmış 500 nəfərə yaxın kumık nümayəndələri Rusiya prezidenti Dmitri Medvedevə müraciət etmək qərarı qəbul etmişlər. Kumıklar Dağıstanda sayca avar və darginlərdən sonra üçüncü yer tuturlar. Dağıstan Respublikasının ənənələrinə görə, prezident, parlament spikeri və baş nazir postları bu üç yerli etnos nümayəndələri arasında bölünür. Milliyyətcə dargin olan Dağıstan prezidenti Maqomedsalam Maqomedov fevralın əvvəlində etdiyi çıxışında bildirmişdir ki, haqqında söhbət gedən üç postda namizədləri etnik motivlər əsasında seçmək fikrindədir. Ondan əvvəlki prezident miliyyətcə avar olan Muxu Əliyevin vaxtında tarazlığa riayiət olunurdu. O vaxt hökumətin sədri kumık Şamil Zeynalov, parlament spikeri isə dargin Maqomed Süleymanov idi. Yeni seçilmiş prezident isə öz seçimi üzərində israr etməkdədir.

Digər xəbərlər