PDF Oxu

Dünya

  • 9

Yaponiya ABŞ-ın nəhəng kreditor statusunu öz əlində saxlayır

Yaponiya ABŞ-ın nəhəng kreditor statusunu öz əlində saxlayır
ABŞ-ın Maliyyə Nazirliyinin press-relizində yerləşdirilən məlumata görə, Yaponiya 2009-cu ilin dekabrında yenidən ABŞ-ın dövlət borcları öhdəçiliklərini saxlayan nəhəng ölkə statusunu ələ keçirməyə nail olmuşdur. Yaponlar özlərinin ABŞ-a qoyduqları investisiya və obiliqasiyalarının miqdarını artıraraq 768,8 milyard dollara çatdırmışlar. Son il yarım ərzində ABŞ-ın nəhəng kreditoru olan Çin bundan dərhal sonra öz investisiya qoyuluşunu 789,6 milyard dollardan 755,4 milyard dollara endirməli olmuşdur. Rusiya isə həmin vaxt ABŞ-ın cəmi 118,5 milyard dollar məbləğində kredit qoymağa nail olmuşdur.
Çin son il yarım ərzində ABŞ-a qoyduğu obiliqasiyalarının miqdarını azaltmaqda davam etmişdi. Ötən ilin may ayında qoyuluşun həddi 801,5 milyard dollara çatmış və bundan sonra get-gedə aşağı enməyə başlamışdı.
ABŞ öz xəzinə öhdəçiliyini maliyyələşdirməsi nəticəsində dövlət borclarının miqdarını rekord həddə çatdırmışdır. 2010-cu ilin fevralında bu rəqəm 12,4 trilyon dollar həddinə çatmışdır. Bununla yanaşı, son iki il ərzində borcun miqdarı dördə üç nisbətində artmışdır.

Digər xəbərlər