PDF Oxu

Dünya

  • 10

Ali Rada Yanukoviçin inauqurasiyasının vaxtını müəyyənləşdirib

Ali Rada Yanukoviçin inauqurasiyasının vaxtını müəyyənləşdirib
RİA "Novosti" informasiya agentliyinin fevralın 16-da yaydığı məlumata görə, Ali Rada Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin inauqurasiya mərasiminin fevralın 25-də keçiriləcəyini bəyan etmişdir. V.Yanukoviç Ali Radanın təntənəli yığıncağında prezident andı içəcəkdir. Mərasimin fevralın 25-də keçirilməsinə Ali Radanın 238 deputatı səs vermişdir. Vacib səs limiti 226 olmuşdur.
"Delo" qəzetinin yazdığına görə, mərasimin bu cür keçirilməsinin səbəbi ölkənin Ali Administrativ Məhkəməsinin Yuliya Timoşenko tərəfindən təqdim edilən şikayətinə baxılması ilə əlaqədardır. Bundan başqa, ölkə başçılarının rəsmi əvəzlənmələrinin iqtidarda olan prezident Viktor Yuşşenkonun ad günü tarixinə - 23 fevrala təyin edilməsi haqda da qərar qəbul edilmişdir. Ukraynanın 2010-cu il üçün büdcə qanunu qəbul edilmədiyi üçün inauqurasiyanın maliyyə mənbəyi hələ də təyin edilməmişdir. Nazir Pyotr Krupkonun dediyinə görə, bu halda, inauqurasiya mərasiminin xərcini Ali Rada və prezident yanında fəaliyyət göstərən dövlət idarəsi ödəməlidir.
Ukraynanın baş naziri Yuliya Timoşenko hazırkı iqtidar fraksiyasının deputat təmsilçiləri ilə görüşündə fəaliyyətdə olan koalisiyaya qarşı çıxacağını bəyan etmişdir. "Ukrainski Novosti" agentliyinin məlumatına görə, Y.Timoşenko NUNS və Litvin Bloku ilə əməkdaşlıq əlaqələri quraraq, YTB-nin hökumətin yeni tərkibində işlərini davam etdirəcəyini bildirib. NUNS üzvü Anatoli Qritsenkonun dediyinə görə, baş nazir könüllü olaraq, istefaya çıxmadığını bildirib. Bundan başqa, o deyib ki, Y.Timoşenko yerli seçkilərin mayın 30-dan daha uzun müddətə keçirilməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. V.Yanukoviç tərəfdarları isə, hökumətin istefası üzərində israr edir, yeni koalisiya formalaşdırmaq və yerli seçkilərin vaxtını müəyyənləşdirmək istəyirlər.
Fevralın 16-da Ali Rada əksər səs çoxluğu ilə mer və yerli sovetlərin seçkilərinin mayın 30-da keçirilməsi haqqında qəbul etmiş olduğu qərarı təxirə salmışdır. Qərarın lehinə 250 deputat səs vermişdir. Qərarın qəbul edilməsi üçün 226 səs kifayət edirdi.

Digər xəbərlər