PDF Oxu

Dünya

  • 14

İndoneziyanın şərqində güclü zəlzələ olub

İndoneziyanın şərqində güclü zəlzələ olub
"Frans Press" informasiya agentliyinin fevralın 16-da yaydığı məlumata görə, səhər radələrində İndoneziyanın şərq hissəsində güclü zəlzələ baş vermişdir. Bu zəlzələni ABŞ-ın geoloji xidməti də müşahidə etmişdir. ABŞ seysmoloqları zəlzələnin maqnituda gücünün 6,2 Rixter şkalası həddində olduğunu bildirmişlər. Onların məlumatına görə, zəlzələnin episentri İndoneziyanın Tanimbar adalarından 295, Şərqi Timorun paytaxtı Dili şəhərinin şərq hissəsindən isə 383 kilometr məsafədə olmuşdur. İndoneziyanın hakimiyyət orqanları, hələlik, heç bir əlavə məlumat verməmişlər. Zəlzələdən sonra sunami təhlükəsinin gözlənilmədiyi bildirilir. İndoneziya Yer kürəsinin seysmoloji cəhətədən ən fəal nöqtələrindən biri hesab edilir. Bu yerdə tez-tez güclü zəlzələlər baş verir. 2009-cu ilin sentyabrında İndoneziyanın Sumatra adasında 7,6 bal həddində zəlzələnin baş verməsi nəticəsində 1000 nəfərdən çox insan həlak olmuşdur. 2005-ci ilin dekabrında İndoneziyada Cənubi-Şərqi Asiyanın bir sıra ölkələri kimi zəlzələnin gətirdiyi sunamidən ciddi zərər çəkmişdir. Ali Rada Yanukoviçin inauqurasiyasının vaxtını müəyyənləşdirib RİA "Novosti" informasiya agentliyinin fevralın 16-da yaydığı məlumata görə, Ali Rada Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin inauqurasiya mərasiminin fevralın 25-də keçiriləcəyini bəyan etmişdir. V.Yanukoviç Ali Radanın təntənəli yığıncağında prezident andı içəcəkdir. Mərasimin fevralın 25-də keçirilməsinə Ali Radanın 238 deputatı səs vermişdir. Vacib səs limiti 226 olmuşdur.

Digər xəbərlər