PDF Oxu

Dünya

  • 13

NATO talibləri Hilmend əyalətindən çıxarıb

NATO talibləri Hilmend əyalətindən çıxarıb
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, NATO döyüşçüləri Əfqanıstan ordusunun köməyi ilə "Taliban" hərəkatı döyüşçülərini Hilmend əyalətindəki sığınacaqlarından qovub çıxarmağa nail olmuşlar. Hərbi əməliyyatlar "Müştərək" adı altında keçirilmişdir. Əməliyyat rəhbərliyinin dediyinə görə, hazırda Mərc şəhəri Nad Əli yaşayış məntəqələrinin ətrafını taliblərdən təmizlənməkdədir. Jurnalistlərin məlumatına görə, ABŞ ordusunun Mərcdə irəliləməsinə snayperlər maneçilik törədirlər. Regionda Əfqanıstan qoşunlarının komandanı general Şer Məhəmməd Zazayın dediyinə görə, yerli əhali partlayıcı maddələrin axtarılıb tapılmasında əsgərlərə kömək edir. General qeyd edir ki, Mərci şəhərinin cənubuna doğru sıxışdırılan taliblər müqaviməti dayandırıblar. General əmindir ki, tezliklə koalisiya qüvvələri talibləri şəhərdən çıxaracaqdır. Yerli sakinlərdən birisinin dediyinə görə, taliblər şəhəri tərk etmək istəyən əhalinin qarşısını almaq istəsələr də, buna nail olmamışlar. Əfqanıstanın cənubunda taliblərə qarşı hərbi əməliyyatlar fevralın 13-də başlanmışdır. Əməliyyatlarda 15 min hərbçi iştirak edir. Başlıca məqsəd talibləri şəhər ətrafından uzaqlaşdırmaqdır. İndiyədək 27 "Taliban" üzvü məhv edilmişdir. Dinc əhali arasında da ölənlər olub.

Digər xəbərlər