PDF Oxu

Dünya

  • 14

İndoneziya paytaxtında Obamanın heykəli sökülüb

İndoneziya paytaxtında Obamanın heykəli sökülüb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cakartanın hakimiyyət dairələri 10 yaşlı Barak Obamanın paytaxtın mərkəzində ucaldılan heykəlini şəhər bağlarından birinə aparmışlar. Heykəl ABŞ prezidenti B.Obamanın oxuduğu məktəbin ərazisində ucaldılacaqdır. B.Obamanın oxuduğu məktəbin müəllimlərindən biri olan Edi Kusyanto heykəlin yeni yerdə ucaldılmasına heç kəsin etiraz etmədiyini bildirmişdir. Onun dediyinə görə, bürünc heykəlin yerinin dəyişdirilməsi qərarı məktəbdə hamının sevincinə səbəb olmuşdur. Məktəbin mətbuat katibi Əhməd Solihin "Yackatra Post" nəşrinə verdiyi məlumata görə, heykəl 2-3 gün ərzində məktəbin qarşısında ucaldılacaqdır. Onun məlumatına görə, heykəl üçün postament hazırlanmışdır. Hakimiyyət dairələri B.Obamanın heykəlinin bir yerdən başqa yerə keçirilməsinin səbəbini ölkə əhalisinin etirazları ilə əlaqələndirmişlər. B.Obamanın 1967-1971-ci illərdə anası və indoneziyalı atalığı ilə Cakartada yaşadığını və böyük populyarlıq qazandığını bildirirlər. "Facebook" sosial şəbəkəsinin 56 min nəfərdən çox üzvü heykəlin məktəb həyatına köçürülməsi tələbi ilə çıxış etmişlər. B.Obama 110 santimetrlik bürünc heykəlində məktəbli formasında, əlinə kəpənək qonmuş halda təsvir edilmişdir. Bu heykəlin rəsmi açılışı ötən ilin dekabrın ortalarında olmuşdu. Abidənin postamentində bu sözlər yazılmışdır: "Gələcək arzularının gücünə inanan hər bir kəsə məxsusdur." Heykəl 10 min dollara başa gəlmişdir. Heykələ sponsorluğu "Barak Obama Fondunun Dostları" qeyri-kommersiya təşkilatının bir neçə fərdi sahibkarı etmişdir.

Digər xəbərlər