PDF Oxu

Dünya

  • 10

Yanukoviç Timoşenkodan istefaya çıxmağı xahiş edib

Yanukoviç Timoşenkodan istefaya çıxmağı xahiş edib
Regionlar Partiyasının lideri Viktor Yanukoviç fevralın 10-da Ukraynanın baş naziri Yuliya Timoşenkoya müraciət edərək, onu istefaya çıxmağa və müxalifətə keçməyə çağırmışdır. O, partiyasının saytında dərc etdirdiyi bu məlumatın rəsmi xarakter daşıdığını bildirmişdir.
V.Yanukoviç, eyni zamanda, Ali Radanın hazırkı koalisiya üzvlərinə müraciət edərək, fəaliyyətlərini dayandırmağa və yeni yaradılacaq parlament koalisiyasına yol açmağa çağırmışdır. Regionçular lideri belə hesab edir ki, Y.Timoşenkonun müxalifətə keçməsi və yeni parlament çoxluğunun formalaşdırılması xalqın iradəsinin gerçəkləşdirilməsi və Ukraynanın həqiqətən demokratik ölkə olmasını sübut etmiş olardı.
V.Yanukoviç prezident postuna ilk addımları haqqında da danışmışdır. O, qeyd etmişdir ki, ölkənin maliyyə və iqtisadi auditini tamamilə dəyişdirəcəkdir. Bundan başqa, V.Yanukoviç Ukrayna dövlət quruluşunda islahatlar aparılması imkanının ictimaiyyətin müzakirəsinə çıxaracağını da dilə gətirmişdir.
Ukrayna MSK-sının məlumatına görə, V.Yanukoviç 3,48 faiz seçici səsi üstünlüyü ilə prezident seçkilərinin ikinci turunda qalib gəlmişdir. Ancaq onun rəqibi Y.Timoşenko öz uğursuzluğunu qəbul etmək istəmir.
Ali Radanın YTB təmsilçisi Andrey Şkil Y.Timoşenkonun Ukraynanın baş naziri postundan getmək istəmədiyini bildirmişdir. "RBK-Ukraina" agentliyinin məlumatına görə, Y.Timoşenko öz postunu yalnız yeni parlament koalisiyası haqda razılaşma imzalandıqdan sonra tərk edə bilər: "Əgər bu gün bu cür razılaşma imzalanarsa, sabah yeni koalisiya yaradılacağı haqda bəyanat veriləcək və bundan sonra yeni prezident baş nazirin namizədliyi məsələsinə toxunarsa, yalnız o zaman Y.Timoşenko istefa verəcəkdir."

Digər xəbərlər