PDF Oxu

Dünya

  • 11

Avropa Birliyi Rusiyanın modernləşdirilməsi planını təklif edib

Avropa Birliyi Rusiyanın modernləşdirilməsi planını təklif edib
"Kommersant" qəzetinin yazdığına görə, Avropa Birliyi ekspertləri hazırlamış olduqları "Modernləşdirilmə üzrə əməkdaşlıq" proqramının layihəsini Rusiyanın hakimiyyət dairələrinə təqdim etmişlər. Avropa Komissiyasının qənaətinə görə, Rusiya, ilk növbədə, öz ərazisində "hüquq aliliyi"ni təmin etdikdən sonra, Avropayönümlü iqtisadi standartlar mərhələsinə keçə bilər.
Yeni əməkdaşlıq proqramı üzərində iş 2009-cu ilin payızından fəal surətdə davam etdirilməkdədir. Stokholmda keçirilən noyabr sammitində Avropa Komissiyası başçısı Joze Manuel Barrozu Rusiya prezidenti Dmitri Medvedevin "İrəli, Rusiya!" məqaləsinə ehtiramla yanaşdığını və modernləşmə sahəsində Rusiyaya hər cür kömək etməyə hazır olduğunu bildirmişdir.
Avropa Birliyinin Rusiya nümayəndəsi Dmitri Çijov Rusiya hökuməti avropalı həmkarlarının Rusiyanın hüquqi dövlət olmasına yox, iqtisadi və texniki inkişafına daha çox diqqət yetirmələrini tövsiyə etmişdir.
Proqramın gerçəkləşmə müddəti və maliyyə qaynaqları, hələlik, göstərilmir.

Digər xəbərlər