PDF Oxu

Dünya

  • 6

ABŞ İran generalı əleyhinə sanksiya tətbiq edib

ABŞ İran generalı əleyhinə sanksiya tətbiq edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Rüstəm Qaşemi və onun firmasına aid olan dörd kompaniyası üzərinə sanksiya tətbiq etmişdir. Ehtimal olunur ki, məhz general və onun kompaniyaları kütləvi qırğın silahı istehsalı ilə, bilavasitə, əlaqədardır. ABŞ bankları R.Qaşemi və onun kompaniyalarının aktivlərini dondurduqlarını bəyan ediblər. Bir müddət əvvəl, generalın tikinti kompaniyası üzərinə sanksiya tətbiq edilmişdi.
ABŞ hökuməti bütövlükdə İran üzərinə genişmiqyaslı beynəlxalq sanksiyalar tətbiq etmək və islam inqilabı keşikçiləri korpusunun bank hesablarını doldurmağa cəhd edir. Barak Obama administrasiyası belə hesab edir ki, İranın nüvə proqramının inkişafında məhz bu elit kompaniya rəhbərliyi məsuliyyət daşıyır. ABŞ-da belə hesab edirlər ki, İran bu kompaniyaların dəstəyi ilə nüvə silahı yaratmaq istəyir. İran tərəfi isə ABŞ-ın bu bəyanatlarını təkzib edir və nüvə istehsalından tibbi məqsədlərlə radioizatop almaq və elektrik enerjisi istehsalını artırmaq istədiyini bəyan edir.
İran öz tarixində, ilk dəfə olaraq, xarici ölkələrin kütləvi informasiya vasitələrinə islam inqilabının ildönümünün bayram edilməsini işıqlandırmağı qadağan etmişdir. "Frans Press"in məlumatına görə, xarici ölkələrin fotoqraf və jurnalistlərinə yalnız İran prezidenti Mahmud Əhmədnejadın inqilabın 31 illiyi haqqındakı nitqini yaymaq icazəsi verilmişdir. Məlum olduğu kimi, fevralın 10-da İran müxalifəti etiraz aksiyasına çıxacaqdır.

Digər xəbərlər