PDF Oxu

Dünya

  • 8

Yanukoviç Rusiyanın maraqlarını müdafiə etməyəcək

Yanukoviç Rusiyanın maraqlarını müdafiə etməyəcək
Ukrayna prezident seçkilərinin ikinci turunda qələbəsini bayram etdikdən sonra "CNN" telekanalına müsahibə verən Viktor Yanukoviç prezident postunu tutuqdan sonra, istisnasız olaraq, yalnız Ukrayna xalqının maraqlarını müdafiə edəcəyini bildirmişdir: "Siyasi kursumun başlıca prinsipi Ukraynanın milli maraqlarına xidmət etmək olacaqdır. Rusiya və Avropa ilə balanslaşdırılmış münasibətlər qurmağa cəhd edəcəyəm." Regionlar Partiyasının lideri Rusiya ilə xoş münasibətləri saxlayacağını və bununla yanaşı, Ukraynaya Avropa həyat tərzi standartlarını gətirəcəyini bildirmişdir.
V.Yanukoviç Ukraynanın bundan sonra da NATO-ya yaxınlaşma kursu götürməkdə davam edəcəyini, ancaq alyansa qəbul olmaq məsələsinin ümumxalq referendumunda həll ediləcəyini vurğulamışdır.
"CNN"-nin "Keçmiş həyatınızın korrupsiya, administrasiya resursu və nəhəng sahibkar lobbisi abbriverturası ilə əlaqədar olduğu halda, bu reputasiyadan uzaqlaşaraq, müasir Ukraynanı idarə etməyə hazırsınızmı" sualına, V.Yanukoviç bu cür cavab vermişdir: "Prezident seçkilərində mənə səs vermiş Ukrayna xalqı öz seçimi ilə bu sualınıza cavab vermişdir."
Ukrayna prezident seçkilərinin ikinci turundan sonra seçki bülletenlərinin 100 faizi yoxlandıqdan sonra Regionlar Partiyasının lideri V.Yanukoviç 48,95, Ukraynanın baş naziri Yuliya Timoşenko isə 45,47 faiz seçici səsi qazanmışdır.
Yuliya Timoşenko Bloku (YTB) V.Yanukoviçin qələbəsi ilə razılaşmır, səsvermənin nəticələrinin mübahisəli olması haqda materiallar hazırlayaraq, işi məhkəmə qaydasında nizama salmaq istəyir.

Digər xəbərlər