PDF Oxu

Dünya

  • 9

Şri-Lanka prezidenti parlamenti buraxıb

Şri-Lanka prezidenti parlamenti buraxıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 9-da Şri-Lanka prezidenti Mahinda Racapakse parlamenti buraxmışdır ki, bu da, avtomatik olaraq, növbədənkənar seçkilərin keçirilməsinə zəmin yaradır. "Röyter"in hökumətin yüksək vəzifəli məmuruna əsaslanaraq, yaydığı məlumata görə, növbədənkənar parlament seçkiləri aprelin 8-də keçiriləcəkdir. Prezident Mahinda Racapaksenin parlamenti buraxmasının səbəbi yaxın rəqibi, silahlı qüvvələrin keçmiş komandanı general Sarat Fonsekinin həbsi ilə bağlı olmuşdur. General silahlı qüvvələrdəki xidməti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək, fevralın 8-də həbs edilmişdir. Xeyli sonra bəyan edilmişdir ki, general hərbi tribunal önündə cavab verməli olacaqdır. "Tamil-İlam Azadlıq Pələngləri" hərəkatı əleyhinə aparılan hərbi əməliyyatların 2009-cu ilin mayında separatçıların darmadağın edilməsindən sonra, prezident Fonsekini istefaya göndərmiş və 2010-cu ilin yanvarına növbədənkənar parlament seçkiləri təyin etmişdi. Bundan sonra general müxalifətə keçmiş və iqtidarda olan Şri-Lanka Azadlıq Partiyasına başçılıq etmişdi. Yanvarın 26-da keçirilən prezident seçkilərində 40,1 faiz səs toplayan Fonseki 57,9 faiz seçici səsi qazanmış Racapakseyə məğlub olmuşdu.

Digər xəbərlər