PDF Oxu

Dünya

  • 7

Haitidə qurbanların sayı 2004-cü il sunamisində ölənlərin sayına yaxınlaşıb

Haitidə qurbanların sayı 2004-cü il sunamisində ölənlərin sayına yaxınlaşıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2010-cu ilin əvvəllərində Haitidə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 230 min nəfərə çatmışdır. Haitinin informasiya naziri Mari-Lorans Joslin Lasseqin dediyinə görə, qurbanlar haqqındakı yeni məlumat tam deyildir. O bildirir ki, qohumları tərəfindən fərdi qəbiristanlıqlarda basdırılanlar bu hesaba daxil deyildir. Beləliklə, Haiti zəlzələsindən sonra qurbanların sayı 2004-cü ilin dekabrında Cənubi-Şərqi Asiyada baş vermiş sunaminin nəticələrinə yaxınlaşmışdır. O vaxt Hind okeanında baş vermiş zəlzələ dalğaları İndoneziya, Şri-Lanka, Hindistan, Tailand və regionun digər ölkələrinin sahillərini darmadağın etmiş və nəticədə 240 min nəfərə yaxın insan həlak olmuşdur. Xatırladırıq ki, cari ilin 12 yanvarında baş vermiş 7 bal həddindəki zəlzələ dünyanın müşahidəçilik tarixində ən dağıdıcı zəlzələ hesab edirik. Haitinin paytaxtı Prot-o-Prense, praktik olaraq, dağılmış və 2 milyon nəfərə yaxın ölkə vətəndaşı evsiz qalmışdır.

Digər xəbərlər