PDF Oxu

Dünya

  • 11

Yanukoviç səsvermənin nəticələrinə görə Timoşenkonu xeyli qabaqlayıb

Yanukoviç səsvermənin nəticələrinə görə Timoşenkonu xeyli qabaqlayıb
Ukrayna MSK-sı seçki bülletenlərinin 99,91 faizini yoxlayıb başa çatdırmışdır. Məlum olmuşdur ki, Regionlar Partiyasından prezidentliyə namizədi Viktor Yanikoviç 48,95, baş nazir Yuliya Timoşenko isə 45,48 faiz seçici səsi qazanmışdır. Fevralın 9-da bu məlumat Ukrayna MSK-sının rəsmi saytında dərc edilmişdir. Beləliklə, prezidentliyə namizədlər arasında fərq artaraq, 3,47 faizə çatmışdır.
Ukrayna seçicilərinin 4,36 faizi prezidentliyə namizədlərin heç birinə səs verməmişdir. Mərkəzi Seçki Komitəsi seçki bülletenlərinin 1,19 faizini qeyri-qanuni hesab etmişdir.
Bir müddət əvvəl, Y.Timoşenkonun seçkilərin nəticələri ilə razılaşmadığını bildirirdilər. "Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, YTB sədri bu bəyanatını rəhbərlik etdiyi fraksiyanın qapalı yığıncağında bəyan etmişdir. V.Yanukoviçin tərəfdarları isə, öz qələbələrini bayram etməkdədirlər. Regionlar Partiyasının Ali Rada deputatı Nestor Şufriç Y.Timoşenkonun bu təşəbbüsünü kəskin tənqid atəşinə tutmuşdur. Onun fikrincə, YTB sədrinin başlıca məqsədi V.Yanukoviçin inauqrasiya mərasimini 2-3 həftə gecikdirməkdir. N.Şufriç YTB liderinin prezident seçkilərinin ikinci turunun nəticələrini qəbul etməməsindən təəccüblənmədiklərini bildirmişdir. "Ürəklərimizin dərinliklərində ümid edirdik ki, Avropaya doğru irəliləyirik, ancaq ayıldıqda görürük ki, hələ də Ukraynada qalmışıq" deyə deputat etiraf etmişdir.
Ukrayna MSK-sı prezident seçkilərinin ikinci turunun nəticələrini fevralın 17-də bəyan edəcəkdir. Yeni prezidentin inauqrasiya mərasimi martda keçiriləcəkdir.

Digər xəbərlər