PDF Oxu

Dünya

  • 13

Ekvatorial Qvineyasında prezident əleyhinə sui-qəsdin üstü açılıb

Ekvatorial Qvineyasında prezident əleyhinə sui-qəsdin üstü açılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ekvatorial Qvineyasının Milli Təhlükəsizlik Xidməti rəhbərlərindən birisi tutmuş olduğu vəzifəsindən azad edilmişdir. Agentlik xəbər verir ki, kapitan Byenvenido Esono Enqonqa dövlət çevrilişi hazırlamaqda və ölkə prezidentinin həyatına sui-qəsd etməkdə şübhəli bilinir. Ekvatorial Qvineyasının yüksək vəzifəli mənbəsinin agentliyə ötürdüyü məlumata görə, ölkənin iqtisadi cəhətdən inkişaf etmiş şəhəri olan Batıda güc strukturlarına başçılıq edən sui-qəsdçi tutduğu vəzifədən azad edildikdən sonra təcili olaraq dərhal paytaxt Malaboya gəlmək əmri almışdır. Onun vəzifəsini icra etmək polis zabiti Fortunato Nsueyə tapşırılmışdır. Keçmiş İspaniya koloniyası olan Ekvatorial Qvineya Afrika regionunda neft ixracının həcminə görə 3-cü yeri tutur. Ölkə əhalisi yoxsulluq həddində yaşayır və siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Hazırkı prezident Teodoro Obianq Nqema dövlət çevrilişi edərək, öz dayısını əvəz etmişdi. Kapitan B.Enqonq indiki diktatorun yaxın ətrafını təşkil edir.

Digər xəbərlər