PDF Oxu

Dünya

  • 9

Uqo Çaves Venesuelada enerji böhranı olduğunu bəyan edib

Uqo Çaves Venesuelada enerji böhranı olduğunu bəyan edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves aparıcısı olduğu yeni "Qəflətən Çaveslə" radio verilişində ölkədə elektrik enerjisinin çatışmadığını bəyan etmişdir. Venesuelanın 2009-cu ilin axırlarında üzləşmiş olduğu energetik böhran quraqlıq hava şəraiti ilə bağlıdır. Ölkədə baş vermiş quraqlıq nəticəsində "Quri" hidroelektrik stansiyasında su ehtiyatı kəskin surətdə azalmışdır. Xatırladırıq ki, bu stansiya ölkənin elektrik enerjisinin 70 faizdən çoxunu istehsal edirdi. 2010-cu ilin əvvəllərində Venesuelada elektrik enerjisindən qənaətlə istifadə edilməyə başlamışdır. Gün ərzində bütün ölkə ərazisində işıqlar 3-4 saatlığına söndürülürdü. Bundan başqa, ölkənin hakimiyyət dairələri elektrik enerjisinə qənaət etməyən müəssisələri cərimələyirdi. 2010-cu ilin əvvəllərində Kuba mütəxəssisləri ilə məsləhətləşən U.Çaves bu ölkənin köməyi ilə enerji böhranını aradan qaldıracağını bildirirdi. Müxalifətçilər nəhəng cihazları modernləşdirməklə ölkədə enerji böhranı yaratmaqda U.Çavesi günahlandırırlar.

Digər xəbərlər