PDF Oxu

Dünya

  • 9

İlk dəfə olaraq, Kosta-Rika prezidenti qadın olacaq

İlk dəfə olaraq, Kosta-Rika prezidenti qadın olacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 7-də Kosta-Rikada prezident seçkiləri keçirilmişdir. İlkin məlumata görə, ölkə MSK-sı seçkilərdə Laura Çinçillin qalib gəldiyini təsdiq edir. Belə olacağı təqdirdə, L.Çinçill ölkə tarixində ilk qadın-prezident olacaqdır.
MSK indiyədək cəmi 20 faiz seçki bülletenlərini yoxlasa da, müşahidəçilərin bir çoxu L.Çinçillin qələbəsinə inandığını bildirir. Kosta-Rika əhalisinin 47,6 faizi məhz ona səs vermişdir. İki digər prezidentliyə namizəd - Otton Solis və Otto Gevara, müvafiq olaraq, ölkə seçicilərinin 23,15 və 21,85 faiz səsini qazanmışdır. L.Çinçillin seçki qərargahında qələbəsi bəyan edilmişdir. O.Solis artıq L.Çinçillin qələbəsini qəbul edib, uduzduğunu bəyan etmişdir.
L.Çinçill iqtidarda olan "Milli Azadlıq" partiyasını təmsil edir. O, hazırkı dövlət başçısı Oskar Arias Sançesin təşkil etdiyi kabinetdə vitse-prezident və ədliyyə naziri vəzifələrini icra etmişdir. Politoloqlar belə hesab edirlər ki, ölkə əhalisi yeni prezidentdən heç bir radikal dəyişiklik gözləməməlidirlər, çünki L.Çinçill komandasına daxil olduğu O.A.Sançesin siyasi kursunu davam etdirəcəkdir.
L.Çinçill prezident seçiləcəyi təqdirdə, Kosta-Rika tarixində birinci, Latın Amerikası tarixində isə beşinci qadın-prezident olacaqdır.

Digər xəbərlər