PDF Oxu

Dünya

  • 8

Misirin xüsusi xidmət orqanı əməkdaşları islamçı liderləri həbs ediblər

Misirin xüsusi xidmət orqanı əməkdaşları islamçı liderləri həbs ediblər
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Misirin xüsusi xidmət orqanı əməkdaşları fevralın 8-də səhər keçirdikləri reyddə müxalifətçi "Müsəlman Qardaşlığı" təşkilatının 14 yüksək vəzifəli üzvünü həbs etmişlər. Reyd təşkilat lideri Mahmud İzzətin müavini Essam əl-Erianın və digər islamçı liderlərin evində keçirilmişdir. İlkin məlumata görə, 20 nəfərə yaxın təşkilat üzvü həbs edilmişdir. "Müsəlman Qardaşlığı" reydin 2012-ci il parlament seçkiləri öncəsi hakimiyyətin xal yığmaq məqsədi ilə keçirdiyini bildirir. Misirdə "Müsəlman Qardaşlığı" təşkilatının fəaliyyəti 1954-cü ildə qadağan edilmişdi. Həmin ildə qardaşlıq üzvləri ölkə prezidenti Qamal Əbdel Naserə uğursuz sui-qəsd cəhdi etmişlər. Statusunun qeyri-leqallığına baxmayaraq, təşkilat fəal siyasi müxalifət mövqeyi tutur və seçkilərdə iştirak edərək, öz müstəqil namizədlərini irəli sürür. 2005-ci ildə "Müsəlman Qardaşlığı" parlamentdəki yerlərin beşdə birini tutmağa nail olmuşdu. Misirdə bu islamçı təşkilat qısa vaxt ərzində minlərlə tərəfdarını etiraz aksiyalarına toplaya bilir. Bununla da ölkə rəhbərliyində ciddi narahatlıq doğurur.

Digər xəbərlər