PDF Oxu

Dünya

  • 15

İran raketi kosmosa siçovul və tısbağa çıxarıb

İran raketi kosmosa siçovul və tısbağa çıxarıb
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, İranın hakimiyyət dairələri fevralın 3-də belə bir bəyanat yaymışlar ki, Yerin orbitinə göndərilmiş biokapsul içərisində canlı orqanizmlər göndərmişlər. Qəzetin yazdığına görə, raket kosmosa bir siçovul, iki tısbağa və bir neçə soxulcan çıxarmışdır. Həmin raket "Kavoşqar-3" raketdaşıyıcı vasitəsilə orbitə çıxarılmışdır. Əvvəllər yayılan məlumata görə, "Kavoşqar-3" Yerin orbitinə "eksperimental kapsul" aparmışdır. İranın briqada generalı Əhməd Vahidin dediyinə görə, orbitə çıxarılmış biokapsul yerə məlumat göndərmək qabiliyyətindədir və başlıca məqsəd canlıların kosmosda özlərini necə aparmalarını yoxlamaqdır. İran məmurunun bu fikirlərini "FARS" İran xəbər agentliyi yaymışdır. Agentliyin məlumatına görə, uzunluğu 27 metrə çatan raketdaşıyıcısı 85 ton çəkiyə malikdir. "Kavoşqar-3" yerdən 500 kilometr yüksəkliyə 100 kiloqram həcmində faydalı yük daşımaq iqtidarındadır.

Digər xəbərlər