PDF Oxu

Dünya

  • 12

Leonid Kuçma Viktor Yanukoviçi təbliğ edir

Leonid Kuçma Viktor Yanukoviçi təbliğ edir
"Novıy Most" Ukrayna informasiya agentliyinin Leonid Kuçmaya əsaslanaraq, yaydığı məlumata görə, keçmiş ölkə prezidenti Dnepropetrovska gələrək, Viktor Yanukoviçin seçiciləri arasında təbliğat aparmağa başlamışdır. L.Kuçmanın dediyinə görə, ölkə daxilində baş verən qeyri-ordinar vəziyyət onu "gizləndiyi yerdən çıxıb, öz nöqteyi-nəzərlərini ifadə etməyə" məcbur etmişdir. L.Kuçma Dnepropetrovska fevralın 3-də gəlmişdi. O, 5 il ərzində jurnalistlərlə ünsiyyətdən qaçdığını bəyan etmişdi. Dediyinə görə, o, bu hərəkəti ilə "narıncı" inqilab liderlərinə özlərini sübut etmək imkanı vermişdi. "Onların tənqidçisi mövqeyində çıxış etmək mənə şərəf gətirməzdi" deyə L.Kuçma bildirmişdi. O, ölkədə baş verən ciddi qarşıdurmadan xəcələt çəkdiyini dilə gətirmişdi. L.Kuçma Regionlar Partiyasının lideri V.Yanukoviçin "professional hökumət" formalaşdırmağa qadir olduğunu bildirmişdi. Keçmiş eks-prezident belə hesab edir ki, V.Yanukoviç özündən əvvəlki prezidentlərin səhvlərini təkrar etməyəcəkdir. "Hakimiyyətdə nəhəng biznes nümayəndələri olmamalıdır" deyə Kuçma bildirmişdir.

Digər xəbərlər