5 fevral Kəşmir müsəlmanlarının Həmrəylik Günüdür
1991-ci ildən başlayaraq, Yer kürəsində yaşayan paistanlılar kəşmirlilərlə birlikdə həmrəylik gününü qeyd edirlər.
Pakistan səfirliyindən "Səs"ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də Pakistan xalqı Kəşmirin müsəlman əhalisinə mənəvi dəstək olduqlarını göstərmək üçün seminarlar, konfranslar və mitinqlər keçirəcəklər. Qeyd olunur ki, Kəşmir Həmrəylik Gününün qeyd olunmasının vacibliyini başa düşmək Hindistanın Britaniya əsarətindən sonra bölünmə tarixini bilmək lazımdır.
Britaniya Parlamentinin 1947-ci il iyul ayının 18-də qəbul etdiyi 3 iyun Hindistan Müstəqillik Aktı və Parçalanma Planınına əsasən, Hindistan 2 hissəyə parçalandı. Hindlilərin çoxluq təşkil etdiyi ərazilər Hindistanın tərkibində qaldı. Müsəlmanların çoxluq təşkil etdiyi qərbi əyalətlər və Şərqi Benqal isə Pakistan dövlətinə daxil edildi. Kəşmir isə qədimdən hind torpağı olsa da, orada müsəlmanlar da yaşayırlar.
Hindistan 1947-ci ilin oktyabr ayının 27-də ştat ərazisində öz ordusunu yerləşdirdi. Kəşmirin müsəlman əhalisi isə Hindistanın tərkibində qalmaq istəmirdilər. Beləliklə, onlar silahlı mübarizəyə başladılar. 1948-ci il yanvar ayının 1-də Hindistan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi və həmin təşkilatın qəbul etdiyi və hər iki dövlət tərəfindən bəyənilən qətnamə qəbul edildi. Həmin qətnaməyə əsasən, atəşkəs əldə edilməli, sərhəd boyu atəşkəs xətti qoyulmalı, ştat silahsızlaşdırılmalı və BMT tərəfindən aparılan azad və qərəzsiz ümumxalq səsverməsi keçirilməli idi.
Atəşkəs nəticəsində Kəşmir 2 hissəyə- Azad Camu və Kəşmir və Hindistanın zəbt etdiyi Kəşmirə bölünüb. BMT-nin qətnaməsinin birinci mərhələsi - atəşkəs icra edilib, lakin ərazinin silahsızlaşdırılma və ümumxalq səsverməsi indiyə qədər icra edilməmiş qalır.
Hindistanın birinci dövlət başçısı Lord Mounbaten 1947-ci il oktyabrın 27-də bildirib ki, "Kəşmir məsələsinin həlli ştatın əhalisinin istəyi əsasında olmalıdır və mənim hökumətimin arzusu budur ki, Kəşmirdə qanun-qayda bərpa olunandan sonra... ştatın müqəddəratı xalq tərəfindən həll edilməlidir".
Hindistanın birinci baş nazir Pundit Cavaharlal Nehru 1947-ci il noyabr ayının 25-də Hindistan Seçki Assambleyasına deyib: "Biz qərara gəldik ki, Kəşmir əhalisinə gələcəklərini həll etmək şansı veriləndə, bu, Millətlər Təşkilatının nəzarəti altında aparılsın".
Hindistan və Pakistan arasında aparılan dialoqa və etibaryaratma təşəbbüsünə baxmayaraq, ərazidə durum dəyişməz olaraq qalır. Hindistanın və Pakistanın nüvə silahına malik olması bütün dünyanı narahat edir və Kəşmir partlama nüvə nöqtəsi olaraq tanınır. ABŞ Prezidenti Barak Obama da qeyd edib ki, regionda fəlakəti yarada biləcək təsadüfi aradan qaldırmaq üçün Hindistanla Pakistan arasında olan Kəşmir mübahisəsini həll etmək lazımdı.
Bunlar həmrəylik gününün qeyd olunmasının əsas səbəbləridir. 5 fevral kəşmirlilərin ədalət, sülh, həqiqət və əsas insan hüquqları üçün mübarizəni etiraf etməsi günüdür.