PDF Oxu

Dünya

  • 5

Qordon Braun seçki sistemini dəyişməyi təklif edib

Qordon Braun seçki sistemini dəyişməyi təklif edib
Böyük Britaniyanın baş naziri Qordon Braun ölkə əhalisinin parlamentə etimadını bərpa etmək üçün yeni islahatlar paketi təklifi ilə çıxış etmişdir. Məlum olduğu kimi, deputatlara büdcə vəsaitindən külli miqdarda məvacib ayrıldıqdan sonra, baş vermiş qalmaqal nəticəsində parlament öz etimadını itirmişdir. "Dailu Mail" qəzetinin yazdığına görə, baş nazir ölkədə mövcud olan seçki sistemində dəyişiklik edərək, adi çoxluğa üstünlük verməyi təklif etmişdir. Bu zaman daha çox səs toplamış namizəd deputat statusu qazanır. Q.Braun belə hesab edir ki, "alternativ səsvermə" sisteminin yaranması ölkə vətəndaşlarının hakimiyyət dairələrinə inamını artırmış olardı. Baş nazir 16 yaşına çatmış hər bir vətəndaşa səsvermə hüququ verilməsini təklif edir. Hazırda Böyük Britaniyada 18 yaşına çatmış vətəndaşların səsvermə hüququ mövcuddur. Q.Braun Lordlar Palatasının hökumətin seçki orqanına çevrilməsini də təklif edir. O, bu cür məsələləri referenduma çıxarmaq tərəfdarıdır. Q.Braun belə hesab edir ki, leyboristlərin hakimiyyətdə qalacağı təqdirdə, nəzərdə tutulan referendum 2011-ci ildə keçirilə bilər. Qəzetin qeydinə görə, ölkə siyasətçiləri Q.Braunun təkliflərini qəbul etmir və bu təkliflərin əhəmiyyətsiz olduğunu bildirirlər. 2007-ci ildə Q.Braun mövcud majoritar seçki sistemindən imtina etməyi təklif etmişdir. Ancaq opponentlərin təzyiqi nəticəsində onun təklifi parlamentdə müzakirə edilmədi. Böyük Britaniyada ümumxalq seçkiləri mayın 6-da keçiriləcəkdir.

Digər xəbərlər