PDF Oxu

Dünya

  • 9

"Yedinaya Rossiya" Sergey Mironovun istefasını tələb edir

"Yedinaya Rossiya" Sergey Mironovun istefasını tələb edir
"Yedinaya Rossiya" partiyasının rəhbərliyi fevralın 2-də Federasiya Şurasının spikeri Sergey Mironovun hökumət başçısı Vladimir Putini dəstəkləmədiyi haqqındakı ifadələrini narazılıqla qarşılamışlar. Müvafiq məlumat partiyanın rəsmi saytında yerləşdirilmişdir. "Yedinaya Rossiya" baş şurası katibinin birinci müavini Andrey İsayev S.Mironovun bu bəyanatını onun "şəxsi əxlaqi süqutu" kimi qiymətləndirmişdir. "Mironov əvvəllər Putini dəstəklədiyini necə yalandan deyirdisə, indi Putini dəstəkləməməklə prezidenti dəstəklədiyini dedikdə də yalan deyir" deyə A.İsayev bildirmişdir. "Yedinaya Rossiya"nın mərkəzi icra komitəsinin rəhbəri Andrey Vorobyov S.Mironovun bu cür çıxışından sonra Federasiya Şurasının spikeri postundan getməsini "məqsədyönlü və məntiqi" hesab edir. Digər partiya həmkarları da S.Mironovun spiker postunda qalmasını mümkünsüz sayırlar.

Digər xəbərlər