PDF Oxu

Dünya

  • 9

Pentaqon ABŞ-ın HHQ və HDQ-si üçün 30 illik plan hazırlayıb

Pentaqon ABŞ-ın HHQ və HDQ-si üçün 30 illik plan hazırlayıb
"Navy Taymas"ın məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi ölkənin hərbi dəniz, hərbi aviasiyasının inkişafı və hərbi gəmilərin qurulmasının inkişaf planını hazırlamışdır. 30 il müddətinə nəzərdə tutulmuş bu plana görə, nazirlik il ərzində 15,9 milyard dollardan artıq sərf etməməlidir. Nazirlik pilotlu döyüş təyyarələrinin miqdarını azaltmağı planlaşdırmaqla xaricdən yeni bombardmançı təyyarələrin alınmasından da imtina etmək niyyətindədir.
ABŞ-ın müdafiə naziri Robert Geyts Silahlı Qüvvəllər üzrə Pentaqon Komitəsinin bu planının müzakirəsini fevralın 2-də Senatın müzakirəsinə təqdim etmişdir. Sənəd iki hissədən ibarətdir: birincisi, bilavasitə, hərbi gəmi tikintisinə, ikincisi isə, aviasiyaya aiddir. Pentaqon hərbi aviasiyanın inkişaf planını ilk dəfədir ki, hazırlamışdır.
30 il müddətini əhatə edən planın gəmi tikintisinə aid olan hissəsində yüksək sürətli "JHSV" tipli gəmilərin sayının 23-ə çatdırılması nəzərdə tutulur. Pentaqon 1970-ci illərdə silahlı qüvvələrə daxil edilmiş gəmilərin xidmətindən imtina etmişdir. Dəniz qüvvələrindəki yeni gəmilərin xidmət müddəti 2029-cu ilədək uzadılmışdır. ABŞ hərbi donanmasındakı döyüş gəmilərinin sayı 313 vahidə çatdırılması nəzərdə tutulur.
Pentaqon hərbi aviasiyanın inkişafı üçün 268 milyard dollar sərf etmək niyyətindədir.

Digər xəbərlər