PDF Oxu

Dünya

  • 12

ABŞ Tayvanı silahlandırmaqda davam edir

ABŞ Tayvanı silahlandırmaqda davam edir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Tayvana silah satmaqdan imtina etmək fikrində deyildir. Pentaqon nümayəndəsinin dediyinə görə, Birləşmiş Ştatlar bu ada dövləti qarşısında götürdüyü öhdəliyi bundan sonra da davam etdirəcəkdir. ABŞ rəsmiləri Çin tərəfin Vaşinqtonla diplomatik münasibətləri pisləşdirəcəkləri haqqındakı xəbərdarlığa bu cür kəskin şəkildə cavab vermişlər.
ABŞ-ın mövqeyini ifadə edən Müdafiə Nazirliyi nümayəndəsi Uolles Qreqson demişdir ki, Vaşinqton Tayvan qarşısında götürdüyü öhdəliyi bundan sonra da yerinə yetirməkdə davam edərək, bu ada ölkəsini silahla təmin edəcəkdir. U.Qreqson təmsilçisi olduğu ölkənin Taybeyə silah qoyuluşunu davam etdirməklə yanaşı, Çin hökuməti ilə də "isti və səmimi" münasibətləri saxlamaq istədiyini də bildirmişdir. U.Qreqson belə hesab edir ki, ABŞ-ın Çinə münasibətdə yürütdüyü siyasət müəyyən mövzu və məsələləri danışıqlar gedişində aydınlaşdırmaqdır.Bir müddət əvvəl Çin ABŞ-ın tanınmamış ada dövləti olan Tayvana silah qoyuluşuna dəfələrlə öz etirazını bildirmişdi. Bununla əlaqədar Çin tərəf ABŞ-la hərbi sahədə əməkdaşlığı dayandırmış və Taybeyə silah satmaqda davam edən kompaniyalar əleyhinə sanksiyalar tətbiq edəcəyini bəyan etmişdi. Yanvarın 31-də Çinin Xarici İşlər Nazirliyi ABŞ-a müraciət edib, Tayvana silah qoyuluşunun iki dövlət arasında münasibətləri gərginləşdirəcəyini bildirmişdi.
ABŞ Tayvana 1,1 milyard dollar məbləğində "Patriot PAC-3" zenit-raket kompleksi, "UN-60 Black Hawk" vertolyotları və əlaqə cihazları satmaq niyyətindədir. Tayvan hökuməti ABŞ-dan "Apache" və "F-16" qırıcı vertolyotları satın almaq istəsə də, Vaşinqton Taybeyin bu istəyinə rədd cavabı vermişdir.

Digər xəbərlər