PDF Oxu

Dünya

  • 8

Estoniya millətçiləri Rusiyadan Pskov vilayətinin bir hissəsini tələb edir

Estoniya millətçiləri Rusiyadan Pskov vilayətinin bir hissəsini tələb edir
"Rostimees" nəşrinin məlumatına görə, fevralın 2-də Estoniya millətçiləri Tiyt Madisson və Yaan Xatto Tallindəki Rusiya səfirliyi qarşısında piket keçirmişlər. Onlar Rusiyadan əvvəllər Estoniyaya mənsub olan ərazilərin qaytarılması tələbi ilə çıxış etmişlər.
Etiraz aksiyası dinc Tartus müqaviləsinin imzalanmasının 90 illiyi ərəfəsində keçirilmişdir. Müqavilə 1918-1920-ci illərdə Estoniya və Rusiya arasında gedən müharibənin nəticəsi kimi imzalanmışdır. Estoniyada bu müharibəni Azadlıq müharibəsi adlandırırlar. Müqavilənin şərtlərinə görə, Peçora diyarı Estoniyaya verilmişdir. Ancaq Estoniya SSRİ-yə birləşdirildikdən sonra diyar Pskov vilayətinin tərkibinə daxil edilmişdir.
T.Madisson və Y.Xatto 2009-cu ilin payızında yaradılmış Milli Müstəqillik Partiyasının rəhbər heyətinə daxildirlər.

Digər xəbərlər