PDF Oxu

Dünya

  • 9

Amerikalılar uşaqları Haitindən aparmağa cəhd edərkən yaxalanıblar

Amerikalılar uşaqları Haitindən aparmağa cəhd edərkən yaxalanıblar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Haitidə qeyri-qanuni surətdə bir qrup uşağı ölkədən çıxarmağa cəhddə ittiham edilən 10 nəfər ABŞ vətəndaşı saxlanılmışdır. ABŞ vətəndaşı olan beş kişi, beş qadın və iki nəfər Haiti vətəndaşı Haiti-Dominikan sərhədində saxlanılmışdır.
Haitinin sosial münasibətlər naziri İv Kristallin faktın doğruluğunu təsdiqləmişdir. ABŞ vətəndaşlarında uşaqları övladlığa götürmək və ya yetkinlik yaşına çatmamış uşaqları ölkə ərazisindən çıxarmaq haqda sənəd aşkar edilməmişdir. İ.Kristallin bu faktı oğurluq kimi qiymətləndirmişdir.
"Assoşieyted Press" informasiya agentliyi Haitidə saxlanılmış iki Amerika qadınının qohumları ilə əlaqə saxlamağa nail olmuşdur. ABŞ-ın Aydaxo ştatının sakini Şon Lenkford arvadının və qızının xristian xeyriyyə cəmiyyətinin üzvləri olduğunu bildirmişdir. Onun dediyinə görə, ABŞ vətəndaşları uşaqları Dominikanda təşkil edilmiş uşaq sığınacağına aparmaq istəyirmişlər. Ş.Lenkford qrup üzvlərinin əllərində sənəd olduğuna əminliyini ifadə etmişdir.
Amerikalıların saxlanılmasından bir neçə gün əvvəl Haiti hökumətinin başçısı Jan-Maks Belleriv belə bir bəyanat vermişdi ki, təbii fəlakət nəticəsində yetim qalmış minlərlə uşaqları ölkə ərazisindən kənara aparırlar. Bəyanatda deyilir ki, uşaqların bir çoxunun orqanlarından donor kimi istifadə etmək nəzərdə tutulur. YUNSEF-in məlumatına görə, gün ərzində Haitidən Dominikana iki min nəfərdək uşaq aparılır.
Xatırladırıq ki, rəsmi məlumata görə, yanvarın 12-də Haitidə baş vermiş zəlzələ nəticəsində, 170 min nəfərdən çox adam həlak olmuş, iki milyon nəfərə yaxın insan evsiz qalmışdır.

Digər xəbərlər