PDF Oxu

Dünya

  • 12

Misirdə turistlər əleyhinə törədiləcək terror aktının qarşısını almışlar

Misirdə turistlər əleyhinə törədiləcək terror aktının qarşısını almışlar
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 31-də Misir polisi turistlərin sıx məskunlaşdıqları ərazilərdə və dövlət müəssisələrində terror aktları törətməyə hazırlaşan 26 nəfər şübhəli şəxsi həbs etmişdir. İstintaqın məlumatına görə, həbs edilmiş şəxslər terrorçu "İslam cihadı" qruplaşmasının üzvləridirlər. Həmin şəxslər həbs edilərkən, üzərlərində odlu silah və partlayıcı qurğular aşkar edilmişdir. Məhkəmənin qərarına əsasən saxlanılmış şəxslər 15 gün ərzində təcridxanada saxlanacaq və bu vaxt ərzində ilkin təhqiqat işləri aparılacaqdır.
Misirin hakimiyyət dairələri son dəfə 2009-cu ilin iyulunda Süveyş kanalından keçməyə hazırlaşan gəmiyə hücum planı hazırlayan 26 nəfəri həbs etmişdi. Həmin şəxslərin üzərində əldəqayırma partlayıcı qurğular və uzaq məsafədən idarə etmək qabiliyyəti olan detonatorlar aşkar edilmişdi.
Misir "İslam cihadı" Misirdə kübar rejimi devirmək və yerinə ABŞ və İsrailin təsirindən azad olan islam dövləti yaratmaq istəyən terrorçu islam qruplaşmasıdır. Ötən əsrin 1970-ci illərinin sonlarında yaranan bu qruplaşma 1981-ci ildə Misir prezidenti Ənvər Sadatın ölümündən sonra tanınmağa başlamışdır. Ə.Sadatın məhz bu qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi məlumdur. 2001-ci ildə "İslam cihadı" "Əl-Kaidə" terrorçu qruplaşması ilə birləşmişdir.

Digər xəbərlər