PDF Oxu

Dünya

  • 11

İsrail “HƏMAS” liderini öldürmədiyini israr edir

İsrail “HƏMAS” liderini öldürmədiyini israr edir
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 1-də yaydığı məlumata görə, "HƏMAS" hərəkatı nümayəndələri İsrailin xüsusi xidmət orqanlarının liderlərindən biri olan Mahmud əl-Mabhuhu qətlə yetirməkdə ittiham etmişlər. Həlak olmuş şəxsin cəsədi yanvarın 20-də Dubay mehmanxanalarından birində tapılmışdır.
Mahmud əl-Mabhuhun Birləşmiş Ərəb Əmirliklərinə nə məqsədlə gəldiyi naməlum olaraq qalmaqdadır. Mərhumun qardaşının dediyinə görə, Mahmud Dubayda "HƏMAS"-ın hansısa məsələsi ilə məşğul olurmuş. Əl-Mabhuh diqqət cəlb etməmək üçün mühafizəçilərsiz gəzirmiş.
İsrailin saytlarından biri ölümün bir neçə versiyası haqda məlumat verir. Bir məlumata görə, "HƏMAS" lideri yeddi kişi tərəfindən öldürülmüşdür. İkinci versiyaya görə, əl-Mabhuhu mehmanxana nömrəsinə buraxdığı naməlum qadın öldürmüşdür. "Assoşieyted Press" mərhumun əvvəl hərəkətsiz vəziyyətə salındığını, daha sonra isə zəhərləndiyini bildirir.
İsrailin hakimiyyət dairələri əl-Mabhuhun qaçaqmalçı silahları İrandan Qəzza bölgəsinə gətirməkdə başlıca rol oynadığını vurğulayır. İsrail hökuməti bu şəxsi 1989-cu ildə iki yəhudi əsgərini öldürməkdə ittiham edir. "HƏMAS" nümayəndələri əl-Mabhuhun qatillərini cəzalandıracaqlarına and içmişlər.

Digər xəbərlər