PDF Oxu

Dünya

  • 10

NATO Əfqanıstana yükləri Rusiya vasitəsilə daşıyacaq

NATO Əfqanıstana yükləri Rusiya vasitəsilə daşıyacaq
Saytında yerləşdirdiyi məlumata görə, NATO Əfqanıstana daşıyacağı qeyri-hərbi yüklərini Rusiya ərazisindən keçirəcəkdir. Bu məsələ yanvarın 27-də NATO-nun baş katibi Anders Foq Rasmussenin Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə dəmir yolu tranziti haqqında müqavilə imzaladıqdan sonra məlum olmuşdur.
Rusiya ilə analoji razılaşma 2008-ci ildə əldə edilmişdi. Bundan sonra humanitar yüklərin daşınması üçün razılıq Qazaxıstan və digər Orta Asiya ölkələri ilə danışıqlardan sonra əldə edilməli idi. İlk yüklərin yaxın günlərdə daşınacağı gözlənilir.
2009-cu ilin yayında Rusiya və ABŞ prezidentləri D.Medvedev və B.Obama bu cür yüklərin hava məkanı vasitəsilə daşınması haqda razılığa gəlmişdilər. Ancaq 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya ilə NATO arasında münasibətlər dayandırılmışdı. Bundan sonra Rusiya Şurası-NATO arasında ilk danışıqlar 2010-cu ilin 26 yanvarında təşkilatların baş qərargahlıqları səviyyəsində başlanmışdır.

Digər xəbərlər