PDF Oxu

Dünya

  • 19

Medvedev Tatarıstanın yeni prezidentini müəyyən edib

Medvedev Tatarıstanın yeni prezidentini müəyyən edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitiri Medvedev, əvvəllər Tatarıstan hökumətinin başçısı postunu tutmuş Rüstəm Minnixanovu Tatarıstan prezidenti təyin etməyi təklif etmişdir. R.Minnixanovun namizədliyi Tatarıstanın Dövlət Şurasına baxılmaq üçün göndərilib.
Yanvarın 2-də məlum olmuşdur ki, 1991-ci ildən Tatarıstan prezidenti vəzifəsini tutmuş Mintimer Şaymiyev D.Medvedevdən xahiş etmişdir ki, növbəti seçkilərdə onun namizədliyini nəzərdə tutmasın. M.Şaymiyevin prezident səlahiyyətləri bu il martın 25-də başa çatır. "Yedinaya Rossiya" partiyası Tatarıstan prezidenti postuna M.Şaymiyev, R.Minnixanov və respublika Dövlət Şurasının spikeri Fərid Müxamedşinin namizədliklərini irəli sürmüşdür.
R.Minnixanov 1957-ci ildə anadan olmuşdu. O, iqtisadiyyat elmləri doktoru və "Tatneft" Birliyi Direktorlar Şurasının sədri və "Tatneftkiminfest-Holdinq" Birliyinin Direktorlar Şurasının sədri olmuşdur. O, 1996-cı ildə Tatarıstanın maliyyə naziri, 1998-ci ildə isə respublikanın baş naziri olmuşdur.
Tatarıstanın Dövlət Şurası belə bir bəyanat vermişdi ki, yaxın vaxtlarda R.Minnixanovun namizədliyinə baxılacaqdır.

Digər xəbərlər