PDF Oxu

Dünya

  • 9

Almaniya Əfqanıstandakı hərbi kontingentin miqdarını 850 nəfər artıracaq

Almaniya Əfqanıstandakı hərbi kontingentin miqdarını 850 nəfər artıracaq
"DPA" Almaniya informasiya agentliyinin yaydığı məlumata görə, yaxın vaxtlarda Əfqanıstanda dislokasiya edilmiş Bundesverin hərbi kontingentinin miqdarı 850 nəfərə çatdırılacaqdır.
Yanvarın 26-da bu cür bəyanatla Almaniya kansleri Angela Merkel çıxış etmişdir. Onun dediyinə görə, bu kontingentin 500 nəfəri yerli əhalinin müdafiəsi və Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimatlandırılması üçün istifadə ediləcək, 350 nəfər isə operativ ehtiyat üçün saxlanılacaqdır.
Beləliklə, yaxın vaxtlarda Əfqanıstandakı Almaniya hərbi qulluqçularının sayı 5 min nəfərə çatdırılacaqdır. Bundan başqa ölkəyə əlavə 200 nəfər alman polisi göndəriləcəkdir ki, onlar Əfqanıstan hüquq-mühafizə orqanı əməkdaşlarına təlim keçsinlər. Hazırda bu ölkədə 123 nəfər alman polisi fəaliyyət göstərir.
A.Merkelin bəyanatı Londonda Əfqanıstan üzrə keçiriləcək beynəlxalq konfransın açılışı ərəfəsində səslənmişdir. Həmin konfransda "İSAF" hərbi kontingentinin artırılması məsələsi də müzakirə ediləcəkdir. Bu məqsədlə ABŞ Əfqanıstana əlavə 30 min hərbi qulluqçu göndərməyə hazırlaşır.
Almaniyanın müdafiə naziri Karl-Teodor tsu Quttenberq Əfqanıstana əlavə 1500 nəfər əsgər göndərilməsini təklif etmişdi. Ölkənin xarici işlər naziri Gido Vesterevelle isə bu ölkədə hərbi kontingentin artırılması əleyhinə çıxış etmişdir. Onun fikrincə, Əfqanıstanda hərbi əməliyyatları dayandırıb, vətəndaş institutları açmaq və onun əsasında icmaları dinc yolla barışdırmaq lazımdır.Xatırladırıq ki, Almaniya silahı yerə qoyan taliblərə 50 milyon avro ayırmağa hazır olduğunu bildirmişdir. G.Vestervellenin bu təklifindən sonra, Qərb döyüş əməliyyatlarını dayandıran taliblərə 500 milyon dollar ayırmağı nəzərdə tutub. Bu məbləğin böyük qismi ABŞ-ın üzərinə düşəcək. 2010-cu ildə Almaniya Əfqanıstana ayırdığı iqtisadi yardımın miqdarını 125 milyon avrodan 250 milyona qaldıracaqdır.

Digər xəbərlər