PDF Oxu

Dünya

  • 6

“Əl-Kaidə” ABŞ-a qarşı kütləvi qırğın silahı tətbiq etməyə hazırlaşırmış

“Əl-Kaidə” ABŞ-a qarşı kütləvi qırğın silahı tətbiq etməyə hazırlaşırmış
Bu günlərdə "Vaşinqton Post" qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Rolf Mouott-Larssenin hazırladığı məruzəni dərc etmişdir. Məruzədə deyilir ki, son illərdə "Əl-Kaidə" beynəlxalq terrorçuluq şəbəkəsinin rəhbərliyi ABŞ-a qarşı kimyəvi və bioloji birləşmələrdən ibarət olan kütləvi qırğın silahı-nüvə bombası tətbiq etməyə cəhd etmişdir. 11 sentyabr 2001-ci il terror aktlarından sonra R.M.Larssen kütləvi qırğın silahı üzrə işçi qrupuna rəhbərlik edirdi. Onun məruzəsi "Vaşinqton Post" qəzetində yanvarın 25-də elə bir vaxtda dərc edilmişdi ki, bu vaxt ABŞ Konqresi ölkənin kütləvi qırğın silahından müdafiə edilməsi üçün komissiya yaratmağa başlamışdı. 2008-ci ilin axırlarında hər iki böyük ABŞ partiyasının birgə yaratdığı komissiya belə bir yekun rəyə gəlmişdi ki, kütləvi qırğın silahlarından istifadə edilməklə, ölkədə terror aktının törədilməsi 2013-cü ilədək mümkün olaraq qalmaqdadır. Məlumdur ki, 2003-cü ildə terrorçular Nyu-York metrosuna kimyəvi hücum planı hazırlamışdılar. Bu planın gerçəkləşməsinə "Əl-Kaidə"də Üsamə bin Ladendən sonra ikinci lider hesab edilən Ayman əl-Zəvahiri maneçilik törətmişdir. Əl-Zəvahirinin dediyinə görə, ələ keçirilmiş əsir amerikalılardan öyrəndikləri faktlar üzərində götür-qoy etdikdən sonra, "daha münasib iş naminə" planı təxirə salmışlar. Onun dediklərindən hər hansı konkret nəticə əldə etmək qeyri-mümkündür.

Digər xəbərlər