PDF Oxu

Dünya

  • 9

Şimali və Cənubi Koreya bir-birinə 130 mərmi atıb

Şimali və Cənubi Koreya bir-birinə 130 mərmi atıb
Yanvarın 27-də səhər Şimali və Cənubi Koreyanın dəniz sərhədində baş vermiş atışmanın təfərrüatı məlum olmuşdur. "Koreya Tayms"ın məlumatına görə, Şimali Koreya artilleriyası sərhəd xətti boyunca 30 top mərmisi atmışdır. "İTAR-TASS"-ın dəqiqləşdirmələrinə görə, Cənubi Koreya hərbi-dəniz qüvvələri cavab olaraq, avtomatik "Vulkan" tipli çoxlüləli toplardan qarşı tərəfə 100 atəş açmışdır. Sərhədi keçməyən mərmilərin hamısı dənizə düşmüşdür. Cənub rəsmilərinin bəyanatına görə, şimalıların mərmilərinin onların sərhədini keçəcəyi təqdirdə, hücum əməliyyatı keçirəcəklər. "Biz xəbərdaredici cavab atəşi açmaq prinsipinə əsaslanacağıq. Ancaq Şimali Koreya tərəfin sərhədimizi keçəcəyi təqdirdə, tam döyüş hazırlığı vəziyyətində olacağıq" deyə Cənubi Koreya silahlı qüvvələrinin nümayəndəsi bildirmişdir. BMT 1953-cü ildə silahsızlaşdırılmış zona kimi 38-ci paraleldəki ərazini müəyyən etmişdi. Hər iki tərəfin hərbi dəniz qüvvələri həmin ərazidə gecə-gündüz patrul xidməti keçirməkdə davam edir. Şimali Koreya tərəf bu zonada bir neçə dəfə yaxın radiuslu raketlərin sınağını keçirmişdir.

Digər xəbərlər