PDF Oxu

Dünya

  • 6

Barak Obama ölkənin büdcə xərclərini dondurmağı nəzərdə tutub

Barak Obama ölkənin büdcə xərclərini dondurmağı nəzərdə tutub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2011-2013-cü illərin proqramına daxil olan büdcə xərclərinin bir qismini dondurmağı Konqresdən xahiş etməyi nəzərdə tutmuşdur. Xərclərin çox az qisminin dondurulması nəzərdə tutulur. Müxtəlif dövlət agentliklərinə göndəriləcək 477 milyard dollar ünvanlarına çatmayacaqdır. İlk illərdə 10-15 milyard dollara qənaət ediləcəkdir. Hökumət 10 il ərzində ən azı 250 milyard dollar məbləğində qənaət edəcəyini ehtimal edir. Bəzi ölkələrin agentlikərinə ayrılan vəsait azaldılsa da, digər ölkə agentlikləri ABŞ-ın dövlət büdcəsindən kifayət qədər çox vəsait almaqda davam edəcəklər. Müdafiəyə, veteranların təminatına ayrılan vəsait, o cümlədən, dövlət təhlükəsizliyi və xarici ölkələrə ayrılan yardımlar toxunulmaz olaraq qalacaqdır. İl ərzində 85 min dollardan az əmək haqqı alan ailələrdən tutulan vergilər azaldılacaqdır. İl ərzində 115 min dollar alan evdar qadınlar da bu proqramdan faydalanacaqdır.

Digər xəbərlər