PDF Oxu

Dünya

  • 17

Şri-Lankada prezident seçkiləri keçirilir

Şri-Lankada prezident seçkiləri keçirilir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 26-da Şri-Lankada prezident seçkiləri keçirilmişdir. Seçki məntəqələri səhər saat 7-dən axşam saat 16.00-dək işləmişdir. Şahidlərin dediklərinə görə, Şri-Lankanın paytaxtı Kolomboda seçicilər məntəqələr açılmamışdan xeyli əvvəl növbəyə dayanmışlar. Seçkinin rəsmi nəticələri yanvarın 27-də elan ediləcəkdir. Prezident seçkilərində iştirak edəcək 14 milyon nəfərdən çox seçici üçün 11 min seçki məntəqəsi açılmışdır. "Frans Press" yanvarın 26-dan əvvəl belə bir məlumat vermişdi ki, Şri-Lankanın paytaxtdan sonra böyüklüyünə görə ikinci şəhəri hesab edilən Cafna şəhərində bir neçə partlayış törədilmişdir. Partlayıcı qurğulardan biri iqtidarda olan Azadlıq Partiyasının üzvlərindən birinin evi yaxınlığında işə düşmüşdür. Bütövlükdə, adada dörd partlayış törədilmişdir. Yanvarın 22-dən əvvəl naməlum şəxslər müxalifət fəalı Tiran Allesin evinə atəş açmışdır. Atəş nəticəsində partlayış törədilmiş, nəticədə evin qarşısındakı avtomobil yanmışdı. T.Alles və ailəsi, hətta bədən xəsarəti də almamışdır. Seçkiönü mərhələdə ölkədə 800-dən çox zorakılıq faktı qeydə alınmışdır.

Digər xəbərlər