PDF Oxu

Dünya

  • 6

Yanukoviç “narıncı” inqilabı böhrana yuvarlayan şəxsin adını çəkib

Yanukoviç “narıncı” inqilabı böhrana yuvarlayan şəxsin adını çəkib
Ukrayna Regionlar Partiyasının lideri Viktor Yanukoviç prezident seçkilərinin birinci turunun rəsmi nəticələri haqda həmvətənlərinə geniş məlumat vermişdir. O, vəd etmişdir ki, ölkə əhalisinin yaxşı yaşaması üçün əlindən gələni əsirgəməyəcəkdir. V.Yanukoviç prezident seçiləcəyi təqdirdə, ölkəni böhrana sürükləyənlərin adlarını açıqlayacağını bildirmişdir. Onun fikrincə, ölkəni uçurum astanasına gətirən başlıca günahkar Yuliya Timoşenkodur. "O, özünü xalqa yeganə xeyirxah adam kimi göstərməyə cəhd edir. Ancaq "narıncı" inqilabı süqut mərhələsinə aparan bu destruktiv qüvvə məhz Yuliya Timoşenkodur" deyə V.Yanukoviç bildirmişdir. Onun fikrincə, YTB lideri hamını özünün əlaltısı hesab etdiyi üçün heç kəslə razılıq əldə edə bilmir. V.Yanukoviç Y.Timoşenkonu kompromisə gələ bilməyən konfliktli şəxs kimi xarakterizə edir. Regionçular lideri Y.Timoşenkonun vaxtilə həbsxanalarda cəza çəkən korrupsioner ünsürlərlə əlaqə saxladığını da dilə gətirmişdir. V.Yanukoviç Y.Timoşenkonun vəzifə kürsüsündə oturarkən, korrupsiyaya qurşanaraq, "maliyyə dividendləri" qazandığını bildirmişdir. Regionçular lideri Y.Timoşenkoya baş nazir kimi qarşısına qoyulan məsələləri həll edə bilmədiyi üçün siyasətdən getməyi məsləhət görmüşdür. Onun fikrincə, Y.Timoşenko öz işini yalanlar üzərində qurduğu üçün Ukraynanın gələcəyinə təhlükə törədə bilər. Yanvarın 25-də Ukrayna MSK-sı rəsmi surətdə prezident seçkilərinin ikinci turunun fevralın 7-də keçiriləcəyini, seçkilərdə başlıca mübarizənin V.Yanukoviç və Y.Timoşenko arasında aparılacağını bəyan etmişdir.

Digər xəbərlər