PDF Oxu

Dünya

  • 14

Krım tatarları və Ukrayna alimləri Timoşenkonu dəstəkləyib

Krım tatarları və Ukrayna alimləri Timoşenkonu dəstəkləyib
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Krım tatarlarının Məclisi Ukrayna prezident seçkilərinin ikinci turunda Yuliya Timoşenkoya səs verəcəyi haqda qərar qəbul etmişdir. Məclis üzvləri belə hesab edirlər ki, Ukraynada demokratik inkişafı, xalq və vətəndaşların hüquqlarının yalnız Y.Timoşenko qoruya bilər. 20-dən çox Ukrayna alimi də analoji qərar qəbul etmişdir. Alimlər belə hesab edirlər ki, Y.Timoşenko ölkəni intellektual inkişaf və islahatlar yoluna aparacaq və Avropada nümunəvi dövlət yaratmağa nail olacaqdır. Alimlər Y.Timoşenkonu elmi yenilikləri və innovativ nailiyyətləri qiymətləndirdiyinə görə bəyəndiklərini bildirmişlər. Xatırladırıq ki, Y.Timoşenko prezident seçkilərinin birinci turunda Viktor Yanukoviçdən sonra ikinci nəticə göstərmişdir. Seçkilərin ikinci turu fevralın 7-də keçiriləcəkdir.

Digər xəbərlər