PDF Oxu

Dünya

  • 13

Haitidə həlak olanların sayı 150 mini ötmüşdür

Haitidə həlak olanların sayı 150 mini ötmüşdür
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Haiti paytaxtı Port-o-Prensedə zələzlə nəticəsində ölənlərin sayı 150 min nəfərə çatmışdır. Ölkənin informasiya nazirliyinin məlumatına görə, qardaşlıq qəbiristanlıqlarında məhz 150 min nəfərədək insan cəsədi basdırılmışdır. Nazir Mari-Lorans Joslin Lasseqin dediyinə görə, ölkənin başqa şəhərlərində həlak olanlar və eləcə də, qohumları tərəfindən dəfn edilənlər bu siyahıya daxil edilmir. "Uçqunlar altında 200 min və ya 300 min cəsədin qaldığı heç kimə məlum deyil. Kim bilsin qurbanların ümumi sayı nə qədərdir?" deyə nazir bildirmişdir. Artıq Haiti hökuməti ötən vaxt ərzində uçqunlar altında sağ qalmaq ehtimalının az olduğu qənaətinə gələrək, axtarış əməliyyatının dayandırılmasını bəyan etmişdir. Xilasedicilər uçqunlar altından 130 nəfərdən çox sağ qalmış adamları çıxarmağa nail olmuşlar. Yanvarın 23-də 12 gün uçqun altında qalmış paytaxt sakini sağ-salamat çıxarılmışdır. Bu vaxt ərzində, o, içərisində qaldığı mağazanın ərzaqları ilə qidalanmışdır. Hazırda humanitar təşkilatlar və yerli hökumət başlıca diqqəti, müvəqqəti olaraq, düşərgələrdə məskunlaşmış, içməli su və ərzaq ehtiyacı ilə üzləşmiş evsiz-eşiksizlərə yönəltmişdir. Xatırladırıq ki, Haitidə Rixter şkalası üzrə 7 baldan yüksək zəlzələ yanvarın 12-də baş vermişdir.

Digər xəbərlər