PDF Oxu

Dünya

  • 11

Qondurasın devrilmiş prezidenti Dominikana gedəcəkdir

Qondurasın devrilmiş prezidenti Dominikana gedəcəkdir
"T ayms" qəzetinin yazdığına görə, Dominikan Respublikasının prezidenti Leonel Fernandes Qondurasın devrilmiş prezidenti Manuel Selayyaya öz ölkəsində ona "fəxri qonaq" kimi sığınacaq verməyə hazır olduğunu bildirmişdir. M.Selayya dəvəti qəbul etmiş və tezliklə Tequsiqalpedəki Braziliya səfirliyindən çıxacağını bəyan etmişdir.
Onun dediyinə görə, yanvarın 27-də onun Qonduras prezidenti səlahiyyəti başa çatır.
Yanvarın 27-də yeni seçilmiş Qonduras prezidenti Porfirio Lobonun inauqurasiya mərasiminin keçiriləcəyi planlaşdırılmışdır. L.Fernandes yeni Qonduras prezidentinin inauqurasiya mərasimində iştirak etdikdən sonra, M.Selayya ilə birlikdə Dominikana qayıdacağını bildirmişdir. Qəzetin məlumatına görə, artıq P.Lobo M.Selayyanın ölkənin maneəsiz tərk etməsi haqda sərəncam imzalamışdır. Əks halda eks-prezident konstitusiya müddəalarını pozmaqda ittiham edilərək, məhkəmə təqiblərinə məruz qala bilər. M.Selayya P.Lobonun bu qərarını "çox yaxşı bir jest" kimi qiymətləndirmişdir.Bir müddət əvvəl Meksika hökuməti M.Selayyaya sığınacaq verməyə hazır olduğunu bildirmiş və onun arxasınca təyyarə də göndərmişdir. Ancaq həbs ediləcəyindən ehtiyat edən M.Selayya bu təklifi qəbul etməmişdir.
Rusiya ABŞ və Polşadan izahat istəyir
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moskva "Petriot" raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi ilə əlaqədar Vaşinqton və Varşavadan izahat istəmişdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələnin Şimali Atlantika Alyansının iki müttəfiqinin ikitərəfli hərbi əməkdaşlığı kimi qiymətləndirmişdir: "Biz həm Polşa, həm də NATO ilə müttəfiqlik əlaqələrimizi qarşılıqlı maraq dairəsində möhkəmləndirmək fikrindəyik. Mümkündür ki, Rusiya-Polşa sərhədində bu cür raket komplekslərinin yerləşdirilməsinin müəyyən səbəbləri olsun. Əgər bu, doğurdan da, belədirsə, o zaman başa düşmək olmur ki, nə üçün Polşanı Rusiya əleyhinə möhkəmləndirmək təəssüratı yaradılır. Biz bu məsələlərin aydınlaşmasını tələb edirik. Sonra bu məsələyə münasibət bildirəcəyik."

Digər xəbərlər