PDF Oxu

Dünya

  • 12

Ukrayna Qəhrəmanı xalqı Yuliya Timoşenkoya səs verməyə çağırıb

Ukrayna Qəhrəmanı xalqı Yuliya Timoşenkoya səs verməyə çağırıb
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, "Ukrayna milli hərəkatının görkəmli xadimi" kimi tanınan Ukrayna Qəhrəmanı Levko Lukyanenko ölkə vətəndaşlarını prezident seçkilərinin ikinci turunda Yuliya Timoşenkoya səs verməyə çağırmışdır. Qəhrəmanın dediyinə görə, o, Y.Timoşenkonun zəif və güclü tərəflərinə dərindən bələd olduğu üçün onun təşviqatını aparır. "Tale Viktor Yanukoviçlə birgə anti-Ukrayna ordasının hücumunu dayandırmaq üçün məhz bu qadını seçmişdir" deyə L.Lukyanenko bildirmişdir. Onun dediyinə görə, ölkənin qərb və mərkəzi regionlarının seçicilərinin məntəqələrə gəlməməsi V.Yanukoviçin xeyrinədir. Buna görə də, L.Lukyanenko həmin seçicilərin şərq və cənub regionlarının seçicilərinə qoşulmağı tövsiyə etmişdir. Rusiya hökuməti öz ordusundan sərhəddən xaricdə istifadə haqda qanun qəbul etdiyinə görə, L.Lukyanenko dünya ölkələrinin xalqlarını, hökumət və parlamentləri Ukraynanın müstəqilliyini qorumağa çağırmışdır. Xatırladırıq ki, Y.Timoşenko seçkilərin birinci turunda ikinci nəticəni göstərmişdir. Əksər seçici səsi qazanan V.Yanukoviç birinci yeri tutmşudur. Prezident seçkilərinin ikinci turu fevralın 7-də keçiriləcəkdir.

Digər xəbərlər