PDF Oxu

Dünya

  • 10

Qırğızıstanda sürüşmə, Gürcüstanda zəlzələ olub

Qırğızıstanda sürüşmə, Gürcüstanda zəlzələ olub
"AKİ Press" agentliyinin məlumatına görə, Qırğızıstanın Oş vilayətində torpaq sürüşməsi nəticəsində dörd ədəd UAZ avtomobilində ən azı 20 nəfər torpaq altında qalmışdır. Təbii fəlakət yanvarın 20-də Mirzə Akiqara Qulca Alayku avtomobil yolunun 80-ci kilometrində baş vermişdir. "İTAR-TASS"-ın məlumatına görə, nəticədə sərnişinlərdən biri ciddi bədən xəsarəti almışdır. Hadisə yerinə xilasedicilər briqadası göndərilmişdir. Onların verdikləri məlumata görə, yol ətrafında torpaq sürüşməsi təhlükəsi yanvarın 21-də də mümkündür. Bununla əlaqədar Bişkek-Oş avtomobil yolunda artilleriya qurğusu yerləşdirilərək, süni sürüşmələr törədiləcəkdir. "İnterfaks" informasiya agentliyinin məlumatına görə, yanvarın 21-nə keçən gecə Gürcüstanın qərb hissəsində Rixter şkalası üzrə maqnituda gücü 4 bal həddində olan zəlzələ baş vermişdir. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri On bölgəsində olmuşdur. Az miqdarda dağıntı baş vermişdir. 2009-cu ilin sentyabrının əvvəllərində Gürcüstanın qərb hissəsində episentri On rayonunda olan 6,2 bal gücündə olan zəlzələ baş vermişdir. Nəticədə, 736 evə zərər dəymişdir. Onlardan 330-u yaşayış üçün yararsız hala düşmüşdür.

Digər xəbərlər