PDF Oxu

Dünya

  • 9

Viktor Yuşşenko yeni siyasi blok yaradacaq

Viktor Yuşşenko yeni siyasi blok yaradacaq
"Kommersant-Ukraina" qəzetinin yanvarın 21-də yazdığına görə, seçkilərin birinci turunda məğlub olan Ukraynanın iqtidarda olan prezidenti Viktor Yuşşenko yeni siyasi blok yaratmaq niyyətindədir. Jurnalistlər xəbər tutmuşlar ki, bu yeni bloka "Naşa Ukraina", Ukrayna Millətçiləri Konqresi, Respublika Xristian Partiyası və bir neçə ictimai təşkilat daxil olacaqdır. Ukrayna Xalq Partiyasının da bloka qoşulması ilə əlaqədar danışıqlar aparılır. Ehtimal olunur ki, "Ukrayna Uğrunda!" partiyası da V.Yuşşenkonun blokuna qoşulacaqdır. Qəzetin məlumatına görə, V.Yuşşenko yanvarın 20-də keçirdiyi yığıncaqda ölkə vilayətlərinin qubernatorlarının bir çoxunu yeni blokla əməkdaşlıq əlaqələri saxlamağa çağırmışdır. "Təklif edirəm ki, ikinci turdan sonra bu stol arxasında əyləşib ümumi siyasi gələcək məsələlərimizi müzakirə edək. Üzərimə götürdüyüm milli və dövlət əhəmiyyətli vəzifələr mənə siyasi həyatımı tərk etməyə imkan vermir" deyə V.Yuşşenko bəyan etmişdir. Ukraynada prezident seçkilərinin birinci turu yanvarın 17-də keçirilmişdir. Səsvermənin nəticələrinə görə, seçkilərin ikinci turuna prezidentliyə namizədlər Viktor Yanukoviç və Yuliya Timoşenko keçmişdir. Onlar, müvafiq olaraq, 35,32 və 25,05 faiz səs toplamağa müvəffəq olmuşlar. Seçkilərin ikinci turu fevralın 7-də keçiriləcəkdir. V.Yuşşenko uğursuzluq qazandıqdan sonra hər iki qalibi anti-Ukrayna mövqeli şəxslər kimi gördüyünü və aralarında ciddi bir fərq olmadığını bildirmişdir.

Digər xəbərlər