PDF Oxu

Dünya

  • 5

Kabul taliblərin hücumunu dəf edib

Kabul taliblərin hücumunu dəf edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 18-də səhər "Taliban" hərəkatı silahlılarının hücumları dəf edildikdən sonra, Kabulun küçələrində nizam-intizam yaranmışdır. 3 saatdan artıq davam edən hücum 5 nəfərin ölümü ilə nəticələnmişdir.
Əfqanıstan prezidenti Həmid Karzayi talibləri "əfqan xalqının düşməni" adlandırmış və onların bu əməlini "kobud və antipatriotik hücum" kimi dəyərləndirmişdir. O, ölkə əhalisini əmin etmişdir ki, hökumət xalqın təhlükəsizliyinə cavabdehdir və əhalini qorumaq üçün hər cür tədbiri görməyə hazırdır.
Hücum səhər saat 10.00-da hökumət binalarının daha çox olduğu tərəfdən prezident sarayı və mərkəzi bank istiqamətində başlanmışdır. Bu ərazidə ilk güclü partlayışlar baş vermişdir. Xeyli sonra taliblər əfqan hərbçilərinin onları atəş altında saxladığı ticarət mərkəzinə hücum etmişlər. Taliblər bankın binasına raket zərbəsi endirmişlər. "Taliban" hərəkatı nümayəndəsinin "Assoşieyted Press"ə verdiyi məlumata görə, hücumda 20 silahlı döyüşçü iştirak etmişdir. Onların bir çoxunun üzərinə partlayıcı qurğu bərkidilmişdir. Həlak olmuş beş nəfərin içərisində bir uşaq və bir polis olmuşdur. İlkin məlumata görə, 40 nəfərədək adam yaralanmışdır. Agentliyin məlumatına görə, oktyabrın 28-də edilən hücumdan sonra 18 yanvar hücumu ən böyük hücum hesab edilir.

Digər xəbərlər