PDF Oxu

Dünya

  • 15

Arkanzas rasisti Obamaya sui-qəsd hazırladığını etiraf edib

Arkanzas rasisti Obamaya sui-qəsd hazırladığını etiraf edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obamaya sui-qəsd hazırlamaqda şübhəli bilinərək, həbs edilmiş Arkanzas ştatının sakini günahını etiraf etmişdir.
19 yaşlı Arkanzas sakini Pol Şlesselman o vaxtlar ABŞ prezidentliyinə namizəd olan Barak Obamanı qətlə yetirmək məqsədilə sui-qəsd törətmək istədiyini boynuna almış və bu niyyətini gerçəkləşdirmək üçün qeyri-qanuni yolla odlu silah əldə etdiyini bildirmişdir. Məhkəmə öz hökmünü 2010-cu ilin aprelində çıxaracaqdır. P.Şlesselmanı 10 illik həbs cəzası gözləyir. Məhkəmənin çıxardığı qərara görə, P.Şlesselmanın köməkçisi olan 21 yaşlı Tennesi ştatının sakini Daniel Kovart, hələlik, etirafedici ifadə verməmişdir.
P.Şlesselman və D.Kovart 2008-ci ilin oktyabrında həbs edilmişlər. Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, siyasi mövqelərinə görə skinxed olan bu gənclər internet vasitəsilə tanış olmuşlar. Onlar Tennesi ştatının əksəriyyətinin qaradərili şagirdlərdən ibarət olan məktəblərindən birində qırğın törətməyi, daha sonda isə B.Obamanın həyatına sui-qəsd etməyi planlaşdırmışdılar. Onlar kütləvi informasiya vasitələrinə belə bir məlumat verməyə hazırlaşırdılar ki, əyinlərinə ağ smokinq geyib, başlarına ağ silindr qoyaraq, avtomobillərinə tam sürət verib, B.Obamanı aparan maşına yaxınlaşıb, pəncərədən ona atəş açacaqlar.
D.Kovartın babasının evində aparılan axtarış zamanı tüfəng, tapança və bir neçə güllə tapılmışdır. İttihamlar da məhz bu silahlar əsasında irəli sürülmüşdür. Belə nəticəyə gəlmişdi ki, tapılmış silahlarla P.Şlesselman və D.Kovartın planlarının gerçəkləşdirilməsi qeyri-mümkündür.

Digər xəbərlər