PDF Oxu

Dünya

  • 13

Venesuelada spekulyasiya ilə məşğul olan 619 mağaza bağlanıb

Venesuelada spekulyasiya ilə məşğul olan 619 mağaza bağlanıb
Yerli "ABN" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 15-də Venesuelada istehlak məhsullarının qiymətlərini qaldırdıqlarına görə, 619 mağaza bağlanmışdır. Venesuela hökuməti spekulyasiyalara qarşı mübarizə aparmaq üçün qərar qəbul etmiş və bununla milli valyuta olan bolivarın devalvasiyasının qarşısını almağa cəhd etmişdir. Bu məqsədlə mağazalarda yoxlamalar aparılmışdır. 11-15 yanvarda Venesuelada 1000 mağaza yoxlanmışdır. Onların 619-u müvəqqəti olaraq bağlanmışdır. Hakimiyyət dairələrinin məlumatına görə, bu mağazaların sahibkarları qiymətləri 80 faizədək qaldırmışlar. Onların hər biri müvafiq məbləğdə cərimələr ödəməli olacaqlar.Yanvarın 8-də Venesuela hökuməti belə bir bəyanat yaymışdı ki, yanvarın 11-dən etibarən dollara münasibətdə bolivarın yeni dəyişkən kursu qüvvəyə minəcəkdir. Avtomobillərdən tutmuş tikinti materiallarınadək 1 dollar müqabilində 4,3 bolivar həddi götürülmüşdür. Bundan dərhal sonra Venesuela sakinləri bolivarın köhnə kursu ilə tələbat mallarını ucdantutma almağa başlamışlar. Venesuela prezidenti Uqo Çaves bu aktda panika yaradan kütləvi informasiya vasitələrini ittiham etmişdir. Prezident demişdir ki, devalvasiya qiymətlərin qaldırılmasına səbəb kimi başa düşülməməlidir. Yanvarın 11-də mağazalarda aparılan yoxlamalardan sonra qiymətləri artırmış 70 ticarət müəssisəsi bağlanmışdır.

Digər xəbərlər