PDF Oxu

Dünya

  • 15

Alman “Sollar” partiyası 300 min avro məbləğində cərimələnib

Alman “Sollar” partiyası 300 min avro məbləğində cərimələnib
"Şpigel" qəzetinin yazdığına görə, yanvarın 14-də Berlin Administrativ Məhkəməsinin çıxardığı qərara əsasən, alman "Sollar" partiyası 3 il əvvəl maliyyə hesabatı zamanı buraxdığı səhvə görə, 292 min avro məbləğində cərimələnmişdir. Söhbət 2006-cı ildə baş vermiş hadisələrdən gedir. O vaxt Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası "Sollar" partiyaları birləşərək, Reynland-Pfalts landat yerli seçkilərində birgə iştirak edirdilər. O vaxt ADR "Sollar"ının seçki kampaniyaları üçün 146 min avro ayrılmışdı. Partiya rəsmiləri öz maliyyə hesabatlarında bu məbləği ianə kimi qeydə almalı idilər. Ancaq pullar partiyanın xərcləri kimi qeydə alınmışdı.Bundestaqın hazırkı spikeri Norbert Lammert "Sollar"ın bu əmələni partiya haqqında qanunda ciddi pozuntu kimi qiymətləndirmişdir. Berlin məhkəməsi spikerin bu iddiasını təmin etmişdir.

Digər xəbərlər