PDF Oxu

Dünya

  • 10

Türkiyə ikinci üzrxahlıq cəhdindən sonra İsraili bağışlayıb

Türkiyə ikinci üzrxahlıq cəhdindən sonra İsraili bağışlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, rəsmi Ankara son iki gün ərzində İsrailin Xarici İşlər Nazirliyinin ikinci üzrünü qəbul etdikdən sonra insindentin tamamlandığını bəyan etmişdir.
Türkiyə tərəfin ölkənin İsraildəki səfirini alçaltdığı ehtimal edilən İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon Ankaraya ünvanladığı məktubunda bildirmişdir: "Mən sizin səfirinizi təhqir etmək fikrində olmamışam. İnsindentin bu cür hallandırılmasına görə üzr diləyirəm. Mənim üzrümü dərin hörmət bəslədiyim türk xalqına çatdırmağınızı xahiş edirəm".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraildən gözlənilən lazımi cavabın alındığını bildirmişdir. Bir müddət əvvəl, Türkiyə prezidenti Abdullah Gül İsrailin ciddi ölçülər götürməyəcəyi təqdirdə, Türkiyənin İsraildəki səfirliyini bağlanacağını bildirmişdi.
Uzun illər ərzində bir çox sahələrdə əməkdaşlıq edən Türkiyə və İsrail arasındakı diplomatik konfliktin səbəbi "Kurtlar vadisi" serialı olmuşdur. Həmin filmdə İsrail hərbçiləri çoxsaylı dinc fələstinlilərin öldürülməsində ittiham edilir, yəhudi dövlətinin xüsusi xidmət orqanı əməkdaşları isə uşaq oğruları kimi təqdim edilir.
Yanvarın 11-də İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon Türkiyə səfiri Əhməd Oğuz Çelikqolu qəbul edib, filmin antisemit mövqeyinə öz etirazını bildirmişdir. Telekamera vasitəsilə işıqlandırılan görüş şəraiti Türkiyə tərəfi üçün təhqiramiz və alçaldıcı təsiri bağışlamışdır. Bununla əlaqədar Türkiyə İsraildəki səfirini geri çağırmış və səfirliyi bağlayacağı ilə hədələmişdir. İsrailin iqtidarda olan koalisiyası ölkənin digər partiya və icmalarının kəskin tənqid atəşinə tuş gəlmişdir.

Digər xəbərlər