PDF Oxu

Dünya

  • 10

Rusiya prezidenti Litvanın müstəqillik yubileyinə dəvət edilib

Rusiya prezidenti Litvanın müstəqillik yubileyinə dəvət edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Litva prezidenti Dalya Qribauskayte qonşu və Avropa Birliyi ölkələrinin nümayəndələrini martın 11-də keçiriləcək Litvanın müstəqillik yubileyinə dəvət etmişdir. Prezidentin mətbuat katibi Linas Balsisin dediyinə görə, mərasimə Rusiya prezidenti Dmitri Medvedev də dəvət edilmişdir. D.Qribauskayte qonşu ölkələrin mərasimdə iştirakını vacib saydığını bildirmişdir: "Bilmək istərdim ki, Litva öz qonşuları üçün lazım olan ölkədirmi? Bilmək istərdim ki, bizim 20 illik müstəqillik bayramımız qonşularımızı sevindirirmi?" 2010-cu ilin 11 martında Litvanın müstəqillik aktının qəbul ediləcəyi günün 20 ili tamam olacaqdır. Litva SSRİ tərkibindən çıxaraq öz müstəqilliyini elan edən ilk respublika olmuşdur. "Delfi.İt"in məlumatına görə, indiyədək Rusiya prezidentlərindən heç biri Litvaya rəsmi səfər etməmişdir.

Digər xəbərlər