PDF Oxu

Dünya

  • 12

BMT Haitiyə 10 milyon dollar yardım ayırıb

BMT Haitiyə 10 milyon dollar yardım ayırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Humanitar Məsələlər üzrə BMT İcraiyyə Komitəsinin başçısı Con Holmsın verdiyi bəyanata görə, təmsilçisi olduğu komitə Haitiyə 10 milyon dollar məbləğində təcili humanitar yardım etmişdir. Haitidə dağıdıcı zəlzələ yanvarın 12-də saat 17 radələrində baş vermişdir. Ölkənin paytaxtı Port-o-Prensdə onlarla kvartal dağıdılmış şəhər susuz və və işıqsız qalmış, telefon əlaqəsi kəsilmişdir. C.Holmsın dediyinə görə, yaxın vaxtlarda BMT Haitiyə daha geniş həcmdə humanitar yardım etməyi müzakirə edir. "CNN"-in məlumatına görə, ada dövlətinin prezidenti Sancem Qupta zəlzələ nəticəsində 30 mindən 100 minədək adamın həlak olduğunu bildirmişdir. Onun dediyinə görə, yüzlərlə ev, xəstəxana və məktəb binaları yerlə yeksan edilmişdir. BMT-nin məlumatına görə, Haitidə zəlzələnin nəticələrini aradan qaldırmağa cəhd edən 9 min missionerdən 14 nəfər həlak olmuş, 150 nəfəri itkin düşmüşdür. Onların 10 nəfəri Braziliya, 2 nəfəri İordaniya, 1 nəfəri isə Haiti vətəndaşlarıdır.

Digər xəbərlər